UFC-nin 35 yaşlı keçmiş çempionu (61 kq-dək), gürcüstanlı Merab Dvalişvili İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviçlə görüşüb.
İdman.Biz xəbər verir ki, Dvalişvili görüşdən olan fotosunu “X” sosial şəbəkəsində paylaşaraq “Bu əfsanə ilə görüşmək şərəfdir” yazıb.
Xatırladaq ki, Merab Dvalişvilinin peşəkar rekordunda 21 qələbə (onlardan beşi vaxtından əvvəl qazanılıb) və MMA-da beş məğlubiyyət var. UFC çempionu olarkən Merab bu titulu üç dəfə uğurla qoruyub.
Gürcüstan təmsilçisi növbəti döyüşünü "UFC 333" turnirində keçirəcək. Onun rəqibi rusiyalı Pyotr Yan olacaq.
