UFC 332-də bonus yağışı: 10 döyüşçüyə əlavə mükafat verildi

5 Oktyabr 2026 02:35
93
UFC 332-də bonus yağışı: 10 döyüşçüyə əlavə mükafat verildi

UFC 332 turniri 11 nokaut və texniki nokautla yadda qalıb.

İdman.Biz xəbər verir ki, Solt-Leyk-Sitidə keçirilən gecədən sonra UFC rəhbərliyi ümumilikdə 10 döyüşçünü əlavə bonusla mükafatlandırıb.

Roman Kopilov, İmanol Rodriqes, Damian Pinas və Conni Uoker hərəyə 100 min dollar (170 min AZN) “Gecənin performansı” bonusu qazanıblar. Daha altı döyüşçüyə isə hərəyə 25 min dollar (42 500 AZN) əlavə mükafat verilib.

Peyton Talbott, Markus Makqi, Entoni Vint, Ceykob Smit, Aleksander Ernandes və Erik Nolan isə 25 min dollarlıq bonus əldə ediblər.

Esteban Riboviç Kinq Qrini ilk raundda məğlub etsə də, çəkiölçmədə limiti keçdiyi üçün bonus almaq hüququndan məhrum olub.

İdman.Biz
Məqalədə: