“Qəbələ” Azərbaycanın aparıcı MMA döyüşçüləri ilə müqavilə imzalayıb - FOTO

Xəbərlər
19 Oktyabr 2023 13:55
164
“Qəbələ” Azərbaycanın aparıcı MMA döyüşçüləri ilə müqavilə imzalayıb - FOTO

“Qəbələ” İdman Klubu aparıcı MMA döyüşçüləri ilə yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, mərasim Bakı MMA Akademiyasında baş tutub.

“Qəbələ” Klubunun koordinatoru Səbuhi Qarayev qeyd edib ki, klub noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək “Rizin” turnirində çıxış edəcək Vüqar Kərəmov, Tofiq Musayev və Nəriman Abbasovu öz sıralarında görməkdən şaddır.

“Qəbələ” MMA-nı fəal şəkildə inkişaf etdirir, bölmələrimiz təkcə paytaxtda deyil, regionlarda da fəaliyyət göstərir. Bu cür tanınmış idmançıların sıralarımıza gətirilməsi bu idman növünə daha da böyük maraq yaradacaq. Nəriman Abbasov on ildən artıqdır ki, “Qəbələ”nin şərəfini qoruyur və onunla müqavilə imzaladığı üçün şadıq. Tofiq Musayev və Vüqar Kərəmovu da sıralarımıza salamlayır, onlara qarşıdakı döyüşlərdə uğurlar arzulayırıq”, - deyə Qarayev vurğulayıb.

Zəki Feyzullayev

İdman.biz