Castin Qeyci bütün zamanların ən yaxşı beş döyüşçüsünü açıqladı - Həbibi siyahıdan kənarda saxlayıb

26 Sentyabr 2026 16:34
67
Castin Qeyci bütün zamanların ən yaxşı beş döyüşçüsünü açıqladı - Həbibi siyahıdan kənarda saxlayıb

UFC çempionu Castin Qeyci bütün zamanların ən böyük beş UFC döyüşçüsünün adını açıqlayıb.

ABŞ-li idmançı “One Night with Steiny” verilişinə müsahibəsində Roys Qreysinin və Anderson Silvanın siyahıda yer aldığını bildirib. O, həmçinin Corc Sent-Pyer və Con Consu da ilk “5-liy”ə daxil edib.

Beşinci döyüşçünün seçiminin çətin olduğunu deyən Qeytciyə Həbib Nurməhəmmədovun adı təklif olunub.

“Xeyr, o, mənim ilk “5-liy”imdə deyil. Çak Lidell olsun”, – deyə Qeyci bildirib.

ABŞ-li döyüşçü karyerasını vaxtından əvvəl başa vuran idmançı barədə sualı cavablandırarkən isə Həbibin adını çəkib:

“Ağlıma yalnız Həbib gəlir, amma mən onu qınamıram. Hər kəsin öz şərtləri var. Həbib öz qərarını verdi”.

Qeyd edək ki, məhz Qeyci Həbib Nurməhəmmədovun peşəkar karyerasındakı sonuncu rəqib olub. Onlar 2020-ci ilin oktyabrında “UFC 254” turnirində qarşılaşıblar. Həbib həmin döyüşdə ABŞ-li rəqibini boğucu fəndlə məğlub edib və 29 qələbə, sıfır məğlubiyyət göstəricisi ilə karyerasını başa vurub.

İdman.Biz