Kris Padilla Rafael Fizievlə döyüşmək istəyir - VİDEO

27 Sentyabr 2026 21:28
78
Kris Padilla Rafael Fizievlə döyüşmək istəyir - VİDEO

ABŞ-ni təmsil edən UFC döyüşçüsü Kris “Tako” Padilla yüngül çəkidə növbəti qarşılaşmasını Rafael Fizievə qarşı keçirmək istədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Padilla “X” sosial şəbəkəsində Fiziyevin hesabını işarələyərək əlində motorlu mişar tutaraq, “Gəlirəm!” mesajını paylaşıb.

Bundan əvvəl Padilla “The Casuals MMA” podkastında gələcək rəqiblərindən danışarkən Fizievin adını xüsusi olaraq çəkib. Verilişin həmin buraxılışında “Rafael Fizievə çağırış” üçün ayrıca bölmə ayrılıb.

30 yaşlı amerikalı hazırda peşəkar MMA-da 18 qələbə, altı məğlubiyyət və bir heç-heçəyə malikdir. Onun doqquz qələbəsi nokaut, altısı sabmişnla başa çatıb. Padilla UFC-də son döyüşündə Nasrat Haqparastı üçüncü raundun son saniyəsində “arm-triangle choke” fəndi ilə məğlub edib. Ümumilikdə isə UFC-də 18 qələbə, 6 məğlubiyyət, 1 heç-heçəyə sahibdir.

Fizievin peşəkar MMA göstəricisi isə 14 qələbə və beş məğlubiyyətdir. Azərbaycanlı döyüşçü doqquz qələbəsini nokaut, birini sabmişnla qazanıb. UFC-də onun göstəricisi səkkiz qələbə və beş məğlubiyyətdir.

33 yaşlı Fiziev son olaraq iyunun 27-də Bakıda keçirilən UFC turnirində Manuel Torreslə qarşılaşıb və ikinci raundun 15-ci saniyəsində nokautla qalib gəlib. Bundan əvvəl o, 2026-cı ilin yanvarında Maurisio Ruffiyə məğlub olub, 2025-ci ilin iyununda isə İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə üstələyib.

Padilla müsahibəsində muay tay üzərində intensiv çalışdığını, bu növdə hər gün məşq etdiyini bildirib. Fiziev də peşəkar MMA karyerasından əvvəl muay tay və kikboks üzrə böyük təcrübə toplayıb. Buna görə onların mümkün qarşılaşması ayaqüstü döyüşü sevən azarkeşlər üçün xüsusilə maraqlı duel vəd edir.

UFC statistikalarına əsasən, Padilla dəqiqədə orta hesabla 6,67, Fiziev isə 4,71 əhəmiyyətli zərbə endirir. Fizievin döyüş üslubu rəsmi UFC profilində muay tay kimi göstərilir.

İdman.Biz