Toni Ferqyuson rəqibini nokauta salaraq çempion titulunu qoruyub - VİDEO

27 Sentyabr 2026 10:39
62
Toni Ferqyuson rəqibini nokauta salaraq çempion titulunu qoruyub - VİDEO

UFC-nin keçmiş döyüşçüsü Toni Ferqyuson “Misfits Boxing” təşkilatında orta çəki dərəcəsində çempion titulunu uğurla qoruyub.

İdman.Biz xəbər verir ki, Mayamidə (ABŞ) keçirilən turnirdə 42 yaşlı amerikalı ABŞ-ni təmsil edən misirəsilli Mahmud Sebi ilə qarşılaşıb.

Ferqyuson ikinci raundda texniki nokautla vaxtından əvvəl qələbə qazanaraq çempionluq kəmərini qoruyub.

Qarışıq döyüş növlərinin veteranı üçün bu qarşılaşma peşəkar boks qaydaları üzrə üçüncü döyüş olub. Ferqyuson hər üç döyüşdə qalib gəlib.

O, 2025-ci ilin avqustunda boksda debüt edərək Puerto-Rikodan olan Nataniel Bustamanteni məğlub edib. Daha sonra Ferqyuson titul döyüşündə Uorren Spenserlə qarşılaşıb və hakimlərin yekdil qərarı ilə qalib gəlib.

İdman.Biz