Moskvadakı MMA turnirində kütləvi dava düşüb, erməni idmançı döyülüb - VIDEO

Xəbərlər
20 Aprel 2024 11:43
644
Moskvadakı MMA turnirində kütləvi dava düşüb, erməni idmançı döyülüb - VIDEO

Moskvada keçirilən MMA üzrə “Hardcore” turnirində kütləvi dava düşüb.

İdman.biz xəbər verir ki, erməni döyüşçü Arkadi Osipyan bir qrup şəxs tərəfindən döyülüb.

İranlı idmançı Əli Heybəti isə rinqdəki qıza təpik vurub. Promouşendən bildiriblər ki, idman qurğusuna bir qrup naməlum şəxs daxil olub və bununla bağlı istintaq başlayıb.

İranlı idmançı cərimələnəcək və yarışlardan kənarlaşdırılacaq. Kütləvi davanın digər iştirakçılarını da eyni cəza gözləyir.

Arkadi və Əli arasında qarşılaşma gecənin əsas döyüşü olub. Görüş bitdikdən sonra zalda kütləvi dava başlayıb. Yaşananların foto və videosunu paylaşan “Hardcore” davanın bütün iştirakçılarını diskvalifikasiya edəcəyini bildirib.

Mühafizəçilərdən yayınan naməlum şəxslərdən ibarət qrup bir neçə nəfəri, o cümlədən idmançıları döyüb. Zərərçəkənlər arasında mühafizəçilər də var.

Dava-dalaşı təşkil etməkdə ittiham olunan və yerə yıxılan ermənini təpikləyən Nəbi Nəbiyev yarışlardan kənarlaşdırılıb. Heybəti rinqdəki qızı təpikləməsinin səbəbini onun geyimindən narazı olması ilə izah edib və üzr istəyib. Ona ödəniləcək bütün qonorar zərərçəkən qıza veriləcək. İdmançı isə ömürlük diskvalifikasiya ediləcək.

İdman.biz

Məqalədə: