Məcid Seyidov UFC döyüşçüsü Fərman Həsənova fəxri fərman təqdim etdi - FOTO

4 İyul 2026 17:03
99
Məcid Seyidov UFC döyüşçüsü Fərman Həsənova fəxri fərman təqdim etdi - FOTO

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Bakıda ikinci dəfə keçirilən Mütləq Döyüş Çempionatının (UFC) qalibi olan Fərman Həsənov, o cümlədən onun məşqçiləri Heydər Məmmədəliyev və İbrahim Məmmədəliyevlə görüşüb.

İdman.Biz xəbər verir ki, görüş zamanı M.Seyidov ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, idmançılara göstərilən diqqət və qayğıdan danışıb.

O bildirib ki, son illər döyüş idman növlərinə marağın artması, eləcə də Azərbaycanın ikinci dəfə UFC turnirinə uğurla ev sahibliyi etməsi ölkə idmanının beynəlxalq nüfuzunun göstəricisidir.

Məcid Seyidov idmançının UFC-dəki debütünü qələbə ilə başa vurmasını yüksək qiymətləndirərək onu təbrik edib, gələcək yarışlarda da uğurlar arzulayıb.

Görüşdə çıxış edən Fərman Həsənov və məşqçiləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, qarşıdakı yarış planları və hazırlıq prosesi barədə məlumat veriblər.

Sonda nazir müavini qazandığı uğurlara görə idmançıya fəxri fərman təqdim edib. Görüşün yekununda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, F.Həsənov 2026-cı ildə Bakıda təşkil olunan UFC turnirində Erik Nolana (ABŞ) qalib gələrək önəmli uğura imza atıb.

İdman.Biz