Azərbaycanlı UFC döyüşçüsü rəqib seçiminin səbəbini açıqlayıb

4 İyul 2026 18:00
85
Azərbaycanlı UFC döyüşçüsü rəqib seçiminin səbəbini açıqlayıb

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-nin ən məşhur layihələrindən biri olan "The Ultimate Fighter" (TUF) realiti-şousunda niyə ən güclü rəqibi seçdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Osmanlı turnirin favoritlərindən və LFA çempionu Artem Belaxı rəqib seçməsinin təsadüfi olmadığını bildirib.

"Özüm üçün TUF-da hamının döyüşməkdən çəkindiyi ən təhlükəli rəqibi seçdim ki, qalan iştirakçılar məndən qorxsunlar", – deyə azərbaycanlı döyüşçü bildirib.

Qeyd edək ki, Məhəmmədəli Osmanlı daha sonra Artem Belaxı ilk raundda boğucu fəndlə məğlub edərək "The Ultimate Fighter" turnirinin yarımfinalına yüksəlib.

İdman.Biz