Azərbaycanlı MMA döyüşçüsü boğma fəndi ilə erkən qələbə qazanıb - VİDEO

30 İyun 2026 17:23
76
Azərbaycanlı MMA döyüşçüsü boğma fəndi ilə erkən qələbə qazanıb - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-nin ən məşhur layihələrindən biri olan “The Ultimate Fighter” (TUF) realiti-şousunun 34-cü mövsümündə qarşılaşmaya çıxıb.

İdman.Biz xəbər verir ki, idmançı turnirdə qazaxıstanlı Artem Belakh ilə üz-üzə gəlib.

Görüş birinci raundda başa çatıb.

Osmanlı rəqibini boğma fəndi ilə məğlub edərək qələbə qazanıb və turnirdə növbəti mərhələyə yüksəlib.

İdman.Biz