Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev bu dəfə fərqli görüntülərlə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, idmançı poliqonda olub və burada atıcılıq bacarığını sınayıb.
Fiziyev əvvəlcə tapançadan, daha sonra isə pulemyotdan hədəfə doğru atəş açıb. Onun poliqondakı görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Xatırladaq ki, Fiziyev sonuncu döyüşünü iyunun 27-də “UFC Fight Night Baku” turnirində keçirib. Döyüşçümüz gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib. Həmçinin Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.
