Fiziyev: “Qeyci məndən qaçsa da...”

Xəbərlər
1 Fevral 2024 00:09
208
Fiziyev: “Qeyci məndən qaçsa da...”

Rafael Fiziyev “All Star”a müsahibəsində Castin Qeyci ilə döyüşünü xatırlayıb.

İdman.biz xəbər ki, azərbaycanlı boksçu amerikalı rəqibinin ilk iki raundda ondan qaçdığını deyib.

“Ataman” ləqəbli boksçu gözündən zədələndikdən sonra Castinin üstünlük qazandığını bildirib: “Castin ilk iki raundda yalnız qaçmaqla məşğul idi. Sonra mən gözümdən zədələndim, yaxşı görmürdüm. Sağ gözümün ətrafında ağ böyük dairə var idi. Bundan sonra Qeyci daha yaxşı döyüşməyə başladı. Son raundda mən yoruldum, ola bilər, düzgün taktika seçməməşdim. Döyüş planını düzgün yerinə yetirmədim. Castin məndən qaçsa da, sonda hakimlərin qərarı ilə qalib elan olundu”.

Qeyd edək ki, 2023-ci ilin mart ayında keçirilən döyüşdə 3 raundun yekununda Castin Qeyci qələbə qazanıb.

İdman.biz

Məqalədə: