“Rizin”: Kərəmov və Rəhimov yaponla üz-üzə - tam tərkib

Xəbərlər
26 Yanvar 2024 13:48
“Rizin”: Kərəmov və Rəhimov yaponla üz-üzə - tam tərkib

Fevralın 24-də Yaponiyanın Saqa şəhərində keçiriləcək “Rizin Landmark 8” turnirinin təşkilatçıları döyüşlərin tam siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, Asiya ölkəsində Azərbaycanın qarışıq döyüş növləri üzrə iki idmançısı qüvvəsini sınayacaq.

Vüqar Kərəmov (66 kq) yaponiyalı Kasumasa Madjuma ilə döyüşəcək. Tural Rəhimov (66 kq) isə “Gündoğar ölkə”nin digər təmsilçisi Hanzo Tanaka ilə üz-üzə gələcək.

15 qarşılaşmanın yer aldığı döyüş gecəsinin tam tərkibi aşağıdakı kimidir:
71 kq. Luis Qustavo (Braziliya) – Yoşinori Hori (Yaponiya)
66 kq. Vüqar Kərəmov (Azərbaycan) – Kazumesa Madjima (Yaponiya)
71 kq. Yusuke Yaçi (Yaponiya) – Kyunq-Pyu Kim (Cənubi Koreya)
66 kq. Takanori Yaşida (Yaponiya) – Hiroaki Suzuki (Yaponiya)
77 kq. Daiçi Abe (Yaponiya) – Kota Ossman (Yaponiya)
49 kq. Ayaka Hamasaki (Yaponiya) – Kleyr Lopes (Fransa)
57 kq. Yuki İto (Yaponiya) – Masatoşi Ueda (Yaponiya)
66 kq. Tural Rəhimov (Azərbaycan) – Hanzo Tanaka (Yaponiya)
61 kq. Kenta Takizava (Yaponiya) – Şohem Nose (Yaponiya)
58 kq. Takumi Terada (Yaponiya) – Takekiyo Taminaqa (Yaponiya)
60 kq. Rioqa (Yaponiya) – Teppei Moçida (Yaponiya)
61 kq. Deiki Yaşiro (Yaponiya) – Yuto Araki (Yaponiya)
62,5 kq. Reito Braveli (Yaponiya) – Kyehei Furumura (Yaponiya)
62,5 kq. Hanya Haşimoto (Yaponiya) – Rikito (Yaponiya)
53 kq. Keito İşiqo (Yaponiya) – Satoşi Kataşima (Yaponiya)

İdman.biz