Azərbaycan MMA idmançıları dünya çempionatında iki gümüş medal qazandılar

23 Avqust 2026 13:56
109
Azərbaycan MMA idmançıları dünya çempionatında iki gümüş medal qazandılar

Azərbaycan MMA idmançıları Alirza Həsənov və Kənan Qulizadə uşaqlar və yeniyetmələr arasında keçirilən IMMAF dünya çempionatında medal qazanıblar.

İdman.Biz xəbər verir ki, yarış Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilir.

62 kq çəki dərəcəsində mübarizə aparan Alirza Həsənov finala qədər irəliləyərək dünya çempionatının gümüş medalına sahib çıxıb.

48 kq çəki dərəcəsində çıxış edən Kənan Qulizadə də turniri ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan MMA idmançıları dünya çempionatında iki gümüş medal əldə ediblər.

İdman.Biz