UFC-də ən yüngül çəki dərəcəsi üzrə sabiq titul iddiaçısı Umar Nurməhəmmədov Pyotr Yanla Merab Dvalişvili arasında keçiriləcək üçüncü döyüş barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Nurməhəmmədov bu barədə “Red Corner MMA”ya açıqlama verib.
“Bacarıqlarına baxsaq, Pyotrun yaxşı boksu, Merabın isə güclü güləşi var. Amma Merab rəqibləri parterdə Aljameyn Sterlinq kimi nəzarətdə saxlaya bilmir. O, Pyotru yerə sala bilər, amma Yan yenidən ayağa qalxacaq”, – deyə Nurməhəmmədov bildirib.
Qeyd edək ki, Pyotr Yan və Merab Dvalişvili oktyabrın 24-də Əbu-Dabidə keçiriləcək UFC 333 turnirində üçüncü dəfə qarşılaşacaqlar. Döyüşdə UFC-nin ən yüngül çəki dərəcəsi üzrə çempionluq kəməri uğrunda mübarizə aparılacaq.
Hazırda kəmərin sahibi Pyotr Yandır. Tərəflərin əvvəlki iki görüşündə hərəyə bir qələbəsi var.
