UFC-də yarımyüngül çəki dərəcəsinin tanınmış simalarından Yair Rodriges növbəti döyüşünü keçirə bilməyəcək.
İdman.Biz xəbər verir ki, “AgFight”ın məlumatına görə, Rodriges sentyabrın 12-də ABŞ-nin Arizona ştatının Qlendeyl şəhərində keçiriləcək “Noche UFC” turnirinin əsas döyüşündə Jan Silva ilə qarşılaşmadan çıxarılıb. Onun döyüşdən çəkilməsinin səbəbi hələ açıqlanmayıb. Rodriges-Silva qarşılaşmasının turnirin əsas döyüşü olması nəzərdə tutulurdu.
Son məlumata görə, UFC artıq Silvanın yeni rəqibini də müəyyənləşdirib. Braziliyalı döyüşçü əsas qarşılaşmada Xose Delqado ilə üz-üzə gələcək. Delqado 12 qələbə və iki məğlubiyyətlik göstəriciyə malikdir və bu, onun UFC-də ilk əsas döyüşü olacaq.
Jan Silva isə son döyüşündə Arnold Alleni hakimlərin qərarı ilə məğlub edib və UFC-də altı qələbə, bir məğlubiyyətlik göstəriciyə sahibdir.
