Maks Hollouey gəlcəyi haqqında: “UFC nə istəyir, bilmirəm”

22 Avqust 2026 19:48
53
Maks Hollouey gəlcəyi haqqında: “UFC nə istəyir, bilmirəm”

ABŞ-li döyüşçü Maks Hollouey növbəti döyüşünün kimə qarşı olacağını hələ bilmədiyini deyib.

İdman.Biz xəbər verir ki, yarımyüngül çəkidə UFC-nin sabiq çempionu və keçmiş BMF titulunun sahibi bu barədə “MMA Fighting”ə danışıb.

“Hamı məndən bundan sonra nə olacağını soruşur. Açığı, bilmirəm. Sizə konkret heç nə deyə bilmərəm. Konorun mənimlə döyüşmək istədiyini və bu qarşılaşmanı gələn il keçirmək arzusunda olduğunu görürük. Mən buna qarşı deyiləm, amma UFC-nin nə istədiyini bilmirəm. Buna görə də burada olacağam və hazırlaşacağam”, - deyə Hollouey bildirib.

Qeyd edək ki, 34 yaşlı döyüşçünün peşəkar karyerasında 28 qələbə və 9 məğlubiyyət var. O, qələbələrinin 13-nü nokautla qazanıb.

Maks Hollouey, həmçinin UFC tarixində ən çox zərbə atan və rəqibə ən çox dəqiq zərbə endirən döyüşçü kimi rekord göstəricilərə sahibdir.

İdman.Biz