Azərbaycan MMA döyüşçüsü Marat Safarov Özbəkistanda keçirilən “Mangu Professional League 4” turnirində uğurlu çıxış edib
İdman.Biz xəbər verir ki, Andijon şəhərində təşkil olunan yarışda 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yerli idmançı Şohrux Toraxanovla qarşılaşıb.
Görüş avqustun 22-də Andijondakı “Universal” İdman Kompleksində keçirilib.
Qeyd edək ki, döyüşdən əvvəl Şohrux Toraxanovun peşəkar MMA-da 3 qələbəlik seriyası var idi. Onun hər 3 qələbəsi texniki nokautla qeydə alınıb.
Marat Safarovun isə peşəkar MMA karyerasında bu döyüşlə bərabər doqquz döyüşdən 6 qələbə, üç məğlubiyyəti var.
