Misli Premyer Liqasının ikinci turunun ilk qarşılaşması olan “Qəbələ” - “Şəfa” oyunu başa çatdı.
İdman.Biz xəbər verir ki, uzun fasilədən sonra Premyer Liqaya qayıdan "Şəfa" komandası bu qayıdışı qələbə ilə qeyd edib.
69-cu dəqiqədə "Şəfa"nın heyətindən Musa Quel oyunda yeganə qolu vurub.
Növbəti turda "Şəfa" "İmişli"ni, "Qəbələ" isə "Şamaxı"nı qəbul edəcək.
20:01
69-cu dəqiqədə "Şəfa"nın heyətindən Musa Quel hesabı açır - 0:1.
19:35
Misli Premyer Liqasının ikinci turunun ilk qarşılaşması olan “Qəbələ” - “Şəfa” oyununda ikinci hissə başladı.
İdman.Biz xəbər verir ki, tərəflər ilk hissədə azsaylı hücumlar etsələr də, oyunda hesab açılmayıb.
19:21
Misli Premyer Liqasının ikinci turunun ilk qarşılaşması olan “Qəbələ” - “Şəfa” oyununda birinci hissə başa çatdı.
İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra qapılar toxunulmaz qalıb.
18:29
Misli Premyer Liqasının ikinci turunun ilk qarşılaşması olan “Qəbələ” - “Şəfa” oyunu başladı.
18:00
Bu gün Misli Premyer Liqasında ikinci turun ilk oyunu Qəbələdə keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Qəbələ” “Şəfa” ilə qarşılaşacaq.
Artıq hər iki komandanın start heyəti bəlli olub:
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 24. İsmael Akinade 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 81. Samir Ağayev 2. Aqşin Yaqubov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze
“Şəfa”: 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 55. Rauf Hüseynli 6. Fərid Yusifli 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 23. Nahid Əliyev 39. Eltun Babazadə 8. Vlad Pop 22. Umar Diav 7. Treyvon Fuller
Baş məşqçi: Zaur Həşimov
08:15
Azərbaycan Premyer Liqasının ikinci turunda bu gün “Qəbələ” “Şəfa”nı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək və saat 18:30-da başlayacaq.
Görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Ona yan xətt hakimləri Rahil Ramazanov və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
Matçda VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Kamran Bayramov olacaq. Hakim-inspektor vəzifəsi Əmrah İbrahimova həvalə edilib. AFFA nümayəndəsi Elçin Məmmədov olacaq.
