İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor sağ dizindən uğurlu əməliyyat keçirdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, Konor sağalacağına əmin olduğunu bildirib.
"Əməliyyat əla keçdi. Əminəm", - deyə 38 yaşlı irlandiyalı sosial mediada yazıb.
Makqreqor iyul ayında UFC 329-da Maks Hollouey ilə beş ildən sonra ilk döyüşü zamanı dizindən zədə alıb. Döyüşün əvvəlində irlandiyalı zərbə endirməyə çalışıb, lakin uğursuz şəkildə yerə düşüb. O, daha iki dəfə yıxıldı, sonra dizindən tutdu və hakim döyüşü 69-cu saniyədə dayandırıb. Hollouey texniki nokautla qələbə qazanıb.
