UFC-nin yarımağır çəkidə hazırkı çempionu İslam Maxaçev növbəti döyüşündən sonra peşəkar karyerasını başa vuracağı ilə bağlı yayılan iddiaları təkzib edib.
İdman.Biz xəbər verir ki, Rusiyalı döyüşçü bu barədə jurnalist Mayk Bonun podkastında danışıb.
“Kimsə mənim bu döyüşdən sonra karyeramı bitirəcəyim barədə yalan məlumat yayıb. Xeyr, bu doğru deyil. Mən çıxış etməyə davam etmək istəyirəm.
Formanı qoruyub saxlamaq, dünyanın ən yaxşı döyüşçüsü olmaq hissi inanılmazdır. İdmandan kənarda buna bənzər hiss tapa bilməzsiniz. Mən döyüşməyə davam etmək istəyirəm. Bütün mümkün rekordları qıracağıq və burada qalacağıq”, – deyə Maxaçev bildirib.
Qeyd edək ki, daha əvvəl KİV və sosial şəbəkələrdə növbəti döyüşün rusiyalı idmançının karyerasında sonuncu olacağı barədə şayiələr yayılmışdı.
Maxaçev növbəti döyüşünü avqustun 16-da İan Harri ilə keçirəcək.
