İki çəki dərəcəsində keçmiş UFC çempionu gürcü İlia Topuriya sağalmış üzünün selfisini paylaşıb.
İdman.Biz bildirir ki, 15 iyun tarixində Vaşinqtonda keçirilən “UFC Freedom 250” turnirində Topuriya amerikalı Castin Qetji ilə döyüşdü və texniki nokautla məğlub oldu. Döyüşdən sonra məlum oldu ki, gürcü boksçunun orbital və burun sınığı xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

İlya Topuriyanın 29 yaşı var. Gürcü döyüşçü 2020-ci ildən UFC-də mübarizə aparır. 2024-cü ildə o, yüngül çəkidə (65 kq-a qədər) çempion olub və o vaxtdan bəri bir müdafiə edib. 2025-ci ildə isə yüngül çəkidə (70 kq-a qədər) titul qazanıb. Onun təşkilatdakı rekordu doqquz qələbə və bir məğlubiyyətdir.
