Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb - VİDEO

1 Avqust 2026 21:01
135
Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə oktaqona çıxıb.

İdman.Biz bildirir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən “UFC Fight Night” turnirində slovakiyalı Ludovit Klaynla üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kardında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini qazanıb.

İdman.Biz