Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Serbiyanın paytaxtı Belqradda keçirilən “UFC Fight Night” turnirində qazandığı qələbədən sonra Vətənə qayıdıb.
İdman.Biz xəbər verir ki, 36 yaşlı idmançı turnirin yüngül çəki dərəcəsində slovakiyalı Ludovit Klaynla qarşılaşıb. Musayev rəqibini ikinci raundun 4 dəqiqə 7-ci saniyəsində zərbələrlə texniki nokauta salıb.
Bu, Tofiq Musayevin UFC-də keçirdiyi üçüncü döyüşdə ikinci qələbəsi olub. Azərbaycan təmsilçisi daha əvvəl İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə məğlub edib, debütündə isə Mıktıbek Orolbaya uduzub.
Belqraddakı uğurdan sonra Musayev peşəkar MMA karyerasında 24-cü qələbəsini qazanıb. Onun hesabında altı məğlubiyyət var.
