Bu gün Mütləq Döyüş Çempionatının (UFC) Şöhrət Zalının üzvü və təşkilatın sabiq orta çəki çempionu Maykl Bispinq Bakıda Milli Gimnastika Arenasında keçiriləcək turnirin şərhçilərindən biri olacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Maykl Bispinqlə birlikdə turniri Pol Felder və Con Quden şərh edəcəklər.
Bununla yanaşı, əfsanəvi Brüs Baffer turnirdə oktqon anonsçusu kimi çıxış edəcək.
Qeyd edək ki, “UFC Fight Night Baku” turniri bu gün saat 17:00-da start götürəcək.
