İliya Topuriyanın xəstəxanadan FOTOSU yayılıb

18 İyun 2026 22:16
96
İliya Topuriyanın xəstəxanadan FOTOSU yayılıb

İyunun 14-də Ağ Evin Cənub Çəmənliyində keçirilən “UFC Freedom 250” turnirində amerikalı Castin Qetje ilə döyüşdən sonra keçmiş UFC yüngül çəki çempionu, ispan-gürcü döyüşçüsü İliya Topuriyanın xəstəxanada çəkilmiş fotosu yayılıb.

İdman.Biz xəbər verir ki, İliya ilə Castin arasındakı döyüş dördüncü raunddan sonra başa çatıb — Topuriya aldığı zədə səbəbindən son beş dəqiqə ərzində döyüşməkdən imtina edib.

Üçüncü raunddan sonra ispaniyalı ciddi görmə problemləri yaşamağa başlayıb. Dördüncü raundun sonunda vəziyyət daha da pisləşib. Castin Qetji yüngül çəkidə çempionluq kəmərini tam olaraq götürüb.

İdman.Biz