ABŞ prezidenti Donald Tramp növbəti idman tədbirində yuxuya gedib.
İdman.Biz bildirir ki, bu dəfə hadisə onun ad gününə təsadüf edən “UFC Freedom 250”də baş verib.
Sosial mediada Donald Trampın döyüş zamanı yuxuya getdiyini göstərən video yayılıb. O, təxminən 15 saniyə hərəkətsiz oturub.
Daha sonra o, gözlərini açıb və heç nə olmamış kimi döyüşü izləməyə davam edib.
Bu ayın əvvəlində Tramp NBA final seriyasının “Nyu-York Niks” və “San-Antonio Spörs” arasında üçüncü oyununa baxan zaman da yuxuya getmişdi.
