Qeyci Topuriyanı məğlub edərək UFC çempionu oldu - VİDEO

15 İyun 2026 09:40
128
Qeyci Topuriyanı məğlub edərək UFC çempionu oldu - VİDEO

ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən “UFC Freedom 250” turnirinin əsas döyüşü baş tutub.

İdman.Biz xəbər verir ki, Ağ Evin cənub qazonunda təşkil olunan gecənin əsas qarşılaşmasında yüngül çəkidə çempion, İspaniyanı təmsil edən gürcü əsilli İliya Topuriya ilə müvəqqəti kəmər sahibi Castin Qeyci üz-üzə gəlib.

Gərgin və baxımlı keçən döyüşdə ilk raundlardan sonra üstünlük tədricən ABŞ-li idmançıya keçib. Üçüncü raunddan sonra Topuriyanın görmə problemləri yaşadığı bildirilib ki, bu da onun oktaqondakı çıxışına təsir göstərib.

Dördüncü raundun sonunda çempionun komandası onu döyüşün davamına buraxmamaq qərarı verib. Nəticədə qələbə Qeyciyə verilib və o, UFC-nin yüngül çəkidə yeni çempionu olub.

Bu məğlubiyyət Topuriyanın peşəkar karyerasında ilk uğursuzluq kimi tarixə düşüb. O, döyüşə qədər keçirdiyi 17 qarşılaşmanın hamısında qalib gəlmişdi. Qeyci isə karyerasının ən önəmli nailiyyətlərindən birinə imza ataraq göstəricilərini daha da yaxşılaşdırıb.

Qeyd edək ki, UFC tarixində ilk dəfə böyük turnir birbaşa Ağ Evin ərazisində təşkil olunub. Bu hadisə qarışıq döyüş növləri həvəskarlarının böyük marağına səbəb olub.

İdman.Biz