Dünyanın ən böyük qarışıq döyüş sənətləri təşkilatı UFC iyunun 14-dən 15-nə keçən gecə tarixinin ən qeyri-adi turnirlərindən birini keçirəcək.
İdman.Biz xəbər verir ki, “UFC Freedom 250” turniri ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin cənub həyətində təşkil olunacaq. Gecənin proqramına yeddi qarşılaşma daxil edilib.
Gecənin əsas hadisəsi UFC-nin yüngül çəkidə çempionu İliya Topuriya ilə müvəqqəti titulun sabiq sahibi Castin Getci arasında qarşıdurma olacaq.
Yarımağır çəkidə sabiq çempion Aleks Pereyranın ağır çəki divizionunda titulun keçmiş iddiaçısı Siril Qana qarşı döyüşü də az maraq doğurmur. Həmçinin azarkeşlərin diqqətini yüngül çəkidə sabiq çempion Şon O’Mellinin geri dönüşü cəlb edəcək. O, Ayman Zahabi ilə qarşılaşacaq.
Turnirin əsas kardında Coş Hokitlə Derrik Lyuisin, Maurisio Rufinin Maykl Çandlerlə, Bo Nikalın Kayl Daukausla və Dieqo Lopesin Stiv Qarsiya ilə döyüşləri də yer alıb.
Turnirin Bakı vaxtı ilə saat 04:00-da başlaması planlaşdırılır. Gecənin əsas döyüşünün isə təxminən saat 07:00-da start götürəcəyi gözlənilir.
