ABŞ prezidenti Donald Tramp bu həftəsonu Mayamidə keçiriləcək UFC 327 turnirində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Dana Uayt bloqer Adin Rossun yayımı zamanı bildirib.
Aprelin 11-dən 12-nə keçən gecə “Kaseya Center” arenasında baş tutacaq gecənin əsas hadisəsi İrji Prohazka və Karlos Ulberq arasındakı vakant titul uğrunda döyüş olacaq.
Turnirin digər maraqlı qarşılaşmalarında məğlubedilməz döyüşçü Azamat Murzaxanov Paulo Kosta ilə üz-üzə gələcək, Kertis Bleyds isə Dominik Reyeslə gücünü sınayacaq. Həmçinin Kab Suonson və Patrisio Pitbul kimi tanınmış idmançılar da rinqə çıxacaqlar.
