Qazaxıstanlı UFC döyüşçüsü Asu Almabayev amerikalı Çarlz Consona qarşı vacib qarşılaşmaya hazırlaşır.
İdman.Biz xəbər verir ki, döyüşün iyunun 27-də Bakıda keçiriləcək UFC turniri çərçivəsində baş tutacağı gözlənilir. Bu amil qarşılaşmanı Azərbaycan və yerli azarkeşlər üçün xüsusi əhəmiyyətli edir.
Rusiyalı MMA şərhçisi Roman Mazurov Almabayevin güclü cəhətlərini qeyd edərək, onun güləş və qrepplinq səviyyəsini xüsusi vurğulayıb. “Sports.kz” saytı ekspertin sözlərindən sitat gətirir:
“Almabayevin güclü cəhətlərini hamı çox yaxşı bilir – bu, qrepplinq və güləşdir. Onların Consonla ümumi rəqibi var – Aleks Peres. Qazaxıstanlı idmançı məğlub duruma düşdüyü döyüşdə onu gilyotin fəndi ilə yenmişdi, Conson isə Peresə uduzub. Paralel o qədər də aydın deyil, lakin bunu qeyd etmək lazımdır”.
Bundan əlavə, Mazurov qarşıdan gələn döyüşün idmançının karyerası üçün əhəmiyyətini dəyərləndirib:
“Conson reytinqli döyüşçüdür. Buna görə də onun üzərində qələbə Almabayevi lazım olan yerə qaytaracaq. Çox təəssüf ki, zədə onun Brendon Moreno ilə döyüşməsinə mane oldu – bu, bütün planları alt-üst etdi. İndi onun qarşısında möhkəm rəqib var və onu parlaq, ən yaxşısı isə vaxtından əvvəl məğlub etmək lazımdır. Conson güləşdə o qədər də güclü deyil və Almabayevin qələbə üçün yaxşı şansları var”.
