MMA döyüşçümüz Nihat Kərimov Daşkənddə “Tank”la qarşılaşacaq

4 İyun 2026 17:51
110
MMA döyüşçümüz Nihat Kərimov Daşkənddə “Tank”la qarşılaşacaq

MMA üzrə azərbaycanlı döyüşçü Nihat Kərimov OCTAGON 87 turnirində növbəti sınağına çıxacaq.

İdman.Biz xəbər verir ki, o, Özbəkistanın paytaxtı Daşkənddə “Tank” ləqəbli Səməndər Reimbayevlə üz-üzə gələcək. Qarşılaşma turnirin ilkin kardına əlavə olunub. Döyüş 13 iyunda “Humo Arena”da baş tutacaq.

Kərimovun peşəkar göstəricisi bir qələbə və bir məğlubiyyətdir.

Reimbayev isə iki qələbə və iki məğlubiyyətə malikdir. Özbəkistanlı döyüşçü son uğursuzluqdan sonra qayıdışını qələbə ilə etmək niyyətindədir.

İdman.Biz