Makqreqorun sensasiyalı döyüşü gözlənilir

25 Mart 2026 13:10
122
Makqreqorun sensasiyalı döyüşü gözlənilir

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor yenidən oktaqona qayıtmağa hazırlaşır.

İdman.Biz insayder Ariel Helveynə istinadla xəbər verir ki, tanınmış idmançı Beynəlxalq Döyüş Həftəsinə həsr olunmuş turnirdə iştirak edəcək.

Məlumata görə, irlandiyalı ulduzun ən ehtimal olunan rəqibi Maks Holloueydir.

Azarkeşlər bu qarşılaşmanı indidən ilin döyüşünə əsas namizəd kimi dəyərləndirirlər. Lakin bəzi fanatlar döyüş baş tutana qədər yenə də hansısa gözlənilməz hadisənin baş verə biləcəyindən ehtiyatlanırlar.

İdman.Biz