Dana Uayt UFC-nin əsas ulduzlarını açıqladı

15 Mart 2026 15:16
97
Dana Uayt UFC-nin əsas ulduzlarını açıqladı

UFC prezidenti Dana Uayt hazırda təşkilatın əsas simaları hesab etdiyi döyüşçülərin adlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, promouşen rəhbəri bir neçə ulduzun adını xüsusi qeyd edib.

“Pereyra liqanın nəhəng ulduzudur. İliya Topuriya, həmçinin bilirsiniz ki, Con Cons hələ də tarixin ən yaxşısıdır”, - deyə Uayt “REVOLT” kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Aleks Pereyra növbəti döyüşünü iyunun 14-də Vaşinqtonda, Ağ Evdə keçiriləcək UFC turnirində baş tutacaq. ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunacaq bu gecədə braziliyalı idmançının rəqibi fransalı Siril Qan olacaq. Ağır çəkidə müvəqqəti UFC çempionu titulu uğrunda baş tutacaq bu qarşılaşma Pereyra üçün 120 kq çəki dərəcəsində debüt olacaq.

İdman.Biz