Topuriya: “Heç vaxt Həbibin üslubunun azarkeşi olmamışam”

27 Fevral 2026 12:40
105
Topuriya: “Heç vaxt Həbibin üslubunun azarkeşi olmamışam”

Yüngül çəkidə UFC çempionu olan gürcü əsilli ispaniyalı İlya Topuriya məşhur döyüşçü Həbib Nurməhəmmədov barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, o, Həbibin döyüş üslubunu maraqlı hesab etmədiyini bildirib.

İ.Topuriyanın sözlərinə görə, Nurməhəmmədovu izləməyi cəlbedici edən əsas amil onun məğlubedilməz olması idi və hər kəsin onu kimin məğlub edəcəyini gözləməsi intriqa yaradırdı.

“Reallıq budur ki, mən heç vaxt onun döyüş üslubunun azarkeşi olmamışam. Heç vaxt”, – deyə Topuriya “YouTube”da yayımlanan podkastda bildirib.

İdman.Biz