Dana Uayt siyasi baxışlar barədə: “Mənimlə razılaşmaya bilərsiniz, amma yola gedə bilərik”

27 Fevral 2026 04:10
294
Dana Uayt siyasi baxışlar barədə: “Mənimlə razılaşmaya bilərsiniz, amma yola gedə bilərik”

UFC prezidenti və baş direktoru Dana Uayt bildirib ki, siyasi baxışlar azarkeşlərin idmanı tərk etmələri üçün səbəb olmamalıdır.

İdman.Biz xəbər verir ki, ABŞ prezidenti Donald Trampla uzun müddətdir dost olan və onu dəstəkləyən iş adamı fərqli mövqelərə malik insanlar arasında hörmətə çağırıb.

“Sadəcə özün ol. Mənimlə razılaşmaq məcburiyyətində deyilsən, bəyənmək məcburiyyətində deyilsən və mən də səninlə razılaşmaq məcburiyyətində deyiləm, amma biz yenə də sadəcə yola gedə bilərik. Bu, belə olmalıdır”, - “CBS News” Uaytın sözlərini sitat gətirib:

Uayt Respublikaçıların Milli Konqreslərində səhnəyə çıxıb və Trampın ikinci andiçmə mərasimində aşkar mövqe tutub.

Yetkilinin Trampla uzunmüddətli dostluğu 14 iyunda Ağ Evin Cənub Çəmənliyində tarixi UFC tədbirinin təşkilinə kömək edib. Tədbir ABŞ-ın 250 illik yubileyi qeyd etmələrinin bir hissəsi olacaq. Uayt tədbiri prezidentlə müzakirə etdiyini və detallar üzərində İvanka Trampla işlədiyini təsdiqləyib.

İdman.Biz