Nazim Sadıqov yeni mövsümə hazırlaşır: “Gəlirəm, hazır ol"

Xəbərlər
23 Dekabr 2023 12:37
251
Nazim Sadıqov yeni mövsümə hazırlaşır: “Gəlirəm, hazır ol"

"2024-cü il, gəlirəm, hazır ol".

İdman.biz xəbər verir ki, bunu qarışıq döyüş növləri üzrə azərbaycanlı döyüşçü Nazim Sadıqov sosial şəbəkədə yeni mövsümlə bağlı paylaşımında yazıb.

Paylaşımın rəy bölümündə Nazimə uğurlar arzulayan izləyicilər onun qarşıdakı döyüşlərdə rəqiblərini proqnozlaşdırıblar. Ən çox variantlardan biri Sadıqovun noyabrın 11-də Nyu-Yorkda heç-heçə etdiyi Borşevə qarşı revanş olub. Həmçinin, qarşıdakı döyüşlərdə mümkün rəqiblər kimi amerikalı Bobbi Qrin, britaniyalı Peddi Pamblett və digər idmançıların adları da açıqlanıb.

Qeyd edək ki, UFC-də mübarizə aparan Sadıqov gələn ilin əvvəlində oktakona qayıtmağı planlaşdırır. Yeni mövsümə hazırlaşan döyüşçü yüngül çəki reytinqində “TOP-15”də yer almaq üçün mübarizə aparacağını bildirib.

İdman.biz

Məqalədə: