Məğlubedilməz UFC yüngül çəki çempionu İliya Topuriyanın həyat yoldaşı Corcina Badell döyüşçünü təhdid və zorakılıqda ittiham edir.
İdman.Biz-in məlumatına görə, Badell hüquqlarının müdafiəsini formalaşdırmaqda çətinliklərlə üzləşib.
İspaniyanın Divinity nəşri jurnalist Manuel Marlaskaya istinadən bildirir ki, Topuriyanın həyat yoldaşı cinayət işi üzrə prosesin aparılmasını öz üzərinə götürməyə hazır olan vəkil tapa bilmir.
Daha əvvəl Topuriya bütün ittihamları rədd edən və günahsızlığını sübut edən səs yazıları, yazışmalar və videosübutlara sahib olduğunu iddia edən bir bəyanat yaymışdı. Döyüşçü həmçinin, Badellə qarşı şantaj, sübutların saxtalaşdırılması və mənimsəmə ittihamları ilə bağlı əks iddia qaldırmaq niyyətindədir.
İspan jurnalist qeyd edir ki, Topuriya məhkəmədə mövqeyini müdafiə etməyə fəal şəkildə hazırlaşdığı üçün vəziyyət hüquqi cəhətdən mürəkkəbləşir. Ona görə də vəkillər Badellin hüquqlarının müdafiəsinə maraq göstərmirlər.
Mümkün məhkəmə iclasının tarixi və ya məhkəmə iddialarının təfərrüatları hələ açıqlanmayıb.
