66 və 70 kq çəkidə keçmiş UFC çempionu Konor Makqreqora qarşı cinsi təcavüz iddiası geri çağırılıb.
İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.
Makqreqoru 2023-cü ildə NBA-da “Mayami Hit” və “Denver Naqqets” komandaları arasında keçirilən matçından sonra tualetdə qeyri-münasib davranışda günahlandıran iddiaçı könüllü olaraq geri çəkildiyini deyib. Buna görə də, iş üzrə əlavə məhkəmə prosesi ləğv edilib. Makqreqor özü bütün iddiaları rədd edib.
İddiada bildirlir ki, qadınla danışdıqdan sonra Makqreqor onu tutub kişilərin tualetinə aparıb və orada təcavüz baş verib. Bu ilin yanvar ayında qadın Makqreqor və “Mayami Hit” komandasına qarşı mülki iddia qaldırıb. Florida Baş Prokurorluğu cinayət işi qaldırmaqdan imtina edib.
