30 yaşlı amerikalı bloger, idmançı və məşhur güləş promouşeni “World Wrestling Entertainment”in (WWE) nümayəndəsi Loqan Pol, ABŞ prezidenti Donald Trampın 13 dekabrda Vaşinqtonda keçiriləcək tədbirə qatılmasının “möhtəşəm” olacağını söyləyib.
İdmançı həmçinin bildirib ki, WWE Donald Trampın 13 dekabrda “WWE Saturday Night's Main Event” tədbirinə qatılması ehtimalını irəli sürüb. Tramp tədbirə əfsanəvi restler Con Sinanın vida qarşılaşmasına baxmaq üçün qatılmaq istəyir.
Pol bunun baş verə biləcəyini və “möhtəşəm olacağını” düşündüyünü bildirib.
Bununla belə, WWE-nin nə qədər siyasi olmaq istədiyi ilə bağlı bəzi şübhələr qalmaqdadır.
