“İkimizə 63 nokaut” - Makqreqor Mayk Taysonla görüşüb - FOTO

Xəbərlər
4 Dekabr 2025 06:14
36
“İkimizə 63 nokaut” - Makqreqor Mayk Taysonla görüşüb - FOTO

37 yaşlı yarımyüngül (66 kq) və yüngül (70 kq) çəki dərəcələrində keçmiş ikiqat UFC çempionu irlandiyalı Konor Makqreqor 59 yaşlı Beynəlxalq Boks Şöhrət Zalının üzvü və keçmiş ağır çəkidə mütləq dünya çempionu amerikalı Mayk Taysonla görüşüb.

İdman.Biz-in məlumatına görə, Makqreqor özünün sosial şəbəkə səhifəsində Taysonla birgə şəklini paylaşaraq yazıb: “İkimizə 63 nokaut!”

İrlandiyalı 2021-ci ilin iyul ayında UFC 264-də keçmiş UFC müvəqqəti yüngül çəki çempionu amerikalı Dastin Poryeyə ilk raundda texniki nokautla (ayaq zədəsi) məğlub olduqdan sonra qarışıq döyüş növlərində çıxış etməyib. Onun peşəkar rekordu 22 qələbə və altı məğlubiyyətdir.

İdman.Biz