Məğlubiyyətsiz WBC, IBF, WBA Super, IBO və The Ring ağır çəki titullarına sahib olan 38 yaşlı ukraynalı Aleksandr Usik ağır çəkidə keçmiş WBA, WBO və IBF çempionu britaniyalı Entoni Coşua ilə amerikalı bloger Ceyk Pol arasında keçiriləcək döyüş barədə fikirlərini bölüşüb.
İdman.Biz bildirir ki, döyüş dekabrın 19-da Florida ştatının Mayami şəhərində keçiriləcək.
“Entoni Coşua “Rolls-Royce”, Ceyk Pol isə “Fiat”dır. “Fiat” isə “Rolls-Royce” ilə rəqabət apara bilməz. Bu, mənasızdır”, - deyə Usik talkSPORT-a bildirib.
Coşuanın 36 yaşı var. Britaniyalı boksçu 2013-cü ildən bəri peşəkar yarışlarda iştirak edir. Onun rekordu 28 qələbədir, bunlardan 25-i erkən qazanılıb. Onun dörd məğlubiyyəti var.
Ceyk isə 28 yaşındadır. Onun peşəkar rekordu 12 qələbə və bir məğlubiyyətdir.
