Qarışıq döyüş növləri üzrə sabiq çempion, UFC-nin keçmiş ikiqat çempionu (66 və 70 kiloqram çəki dərəcəsində) Konor Makqreqor yüngül çəkidə baş tutacaq Paddi Pimblettlə Castin Qetji arasında baş tutacaq titul döyüşünün elanına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 37 yaşlı irlandiyalı bu barədə özünün “X” hesabında paylaşım edib.
“İrəli, Paddi” - yazan Makqreqor britaniyalı döyüşçüyə dəstək olduğuna işarə edib.
Məlumat üçün əlavə edək ki, ingiltərəli Paddi Pimblett MMA karyerasında 26 döyüş keçirib, 23 qələbə qazanıb və üç dəfə məğlubiyyətə uğrayıb. Qeyd edək ki, döyüş həvəskarlarının səbirsizliklə gözlədiyi Paddi Pimblettlə Castin Qetji arasında qarşılaşma 24 yanvarda, Las-Veqasda keçiriləcək.
