UFC-nin yüngül çəki (70 kq) çempionu olan gürcü döyüşçü İliya Topuriya növbəti görüşünü 2026-cı ilin yazında keçirməyi planlaşdırır.
İdman.Biz xəbər verir ki, ispan jurnalisti Alvaro Kolmenero prosesin əvvəlki planlardan tam fərqli istiqamətə getdiyini bildirib.
“Çox şey dəyişdi. Şəxsi xarakterli vəziyyətlər var idi. Yüngül çəkidə nə baş verəcəyinə təəccüblənəcəksiniz. Mən təsdiq edə bilərəm ki, İliya yanvarda döyüşməyəcək. Fevral? Çox şübhə edirəm. Əgər mənə sual versəniz, düşünürəm ki, İliya yazda döyüşəcək”, - deyə jurnalist vurğulayıb.
Topuriya hazırda 28 yaşındadır. Gürcü döyüşçü UFC-də 2020-ci ildən çıxış edir. 2024-cü ildə yarım yüngül çəki (65 kq) titulunu qazanıb və bir dəfə uğurla müdafiə edib. 2025-ci ildə isə yüngül çəkidə (70 kq) çempionluq kəmərini əldə edib.
