Dvalişvili Yanla revanş haqqında: “Əgər ruslarla qarşılaşıramsa, qalib gəlməliyəm”

Xəbərlər
27 Noyabr 2025 19:54
24
Dvalişvili Yanla revanş haqqında: “Əgər ruslarla qarşılaşıramsa, qalib gəlməliyəm”

Gürcüstanlı UFC üzrə yüngül çəki çempionu Merab Dvalişvili rusiyalı Pyotr Yanla qarşıdakı revanş döyüşü haqqında danışıb.

İdman.Biz xəbər verir ki, döyüş 7 dekabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək UFC 323 çərçivəsində baş tutacaq.

“O, Rusiyadandır, mən də Gürcüstandanam. Hər dəfə ruslarla yarışanda, biz qalib gəlməliyik”, - Dvalişvili Pound-4-Pound YouTube kanalına verdiyi müsahibədə deyib.

Merab Dvalişvili 34 yaşındadır. Gürcü döyüşçüsü UFC-də debütünü 2017-ci ildə edib. 2024-cü ilin sentyabrında o, amerikalı Şon O'Melli üzərində yekdil qərarla qələbə qazanaraq yüngül çəki dərəcəsində çempion titulunu qazanıb. Bundan sonra o, üç uğurlu müdafiəyə imza atıb.

İdman.Biz