37 yaşlı UFC Şöhrət Zalının üzvü və keçmiş UFC yüngül çəki çempionu, rusiyalı Həbib Nurməhəmmədov, BƏƏ-nin Dubay şəhərində "Send Location" adlı ayaqqabı butikinin açıldığını elan edib.

İdman.Biz xəbər verir ki, Həbib butikin açılışından fotoşəkillər də paylaşıb. Şəkillərdə dükanda əsasən idman ayaqqabılarının satıldığı görünür.

Nurməhəmmədovun son döyüşü 24 oktyabr 2020-ci ildə BƏƏ-nin Əbu-Dabi yaxınlığındakı Yas adasında keçirilən UFC 254-də baş tutub.

Onun rəqibi müvəqqəti UFC yüngül çəki çempionu, amerikalı Castin Qetje idi. Döyüş rusiyalı idmançının ikinci raundda boğucu qələbəsi ilə başa çatıb. Bu, Nurməhəmmədovun karyerasında 29-cu qələbəsi olub. Bu döyüşdən sonra Nurməhəmmədov qarışıq döyüş sənətlərindən ayrıldığını elan edib.
