Bu barədə məlumatı rusiyalı döyüşçünün meneceri Əli Əbdül-Əziz sosial şəbəkələrdə açıqlayıb
UFC çempionu İslam Maxaçevin növbəti rəqibi müəyyənləşib. O, nigeriyalı döyüşçü Kamaru Usmanla rinqə çıxacaq.
İdman.Biz xəbər verir ki, məlumatı Maxaçevin meneceri Əli Əbdül-Əziz sosial şəbəkə hesabında paylaşıb.
Usmanın 38 yaşı var və o, son döyüşünü iyun ayında keçirib. Həmin görüşdə amerikalı Hoakin Baklini hakimlərin yekdil qərarı ilə məğlub etmişdi.
Kamaru Usman MMA karyerası ərzində 21 qələbə qazanıb və 4 dəfə məğlub olub.
