Vüqar Kərəmov: “Həmin gün güclü mən idim”

Xəbərlər
13 Yanvar 2026 03:04
41
Vüqar Kərəmov: “Həmin gün güclü mən idim”

“Mən ona qalib gəlmişdim”.

İdman.Biz bildirir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov Rizin” turnirində keçirdiyi son döyüş barədə danışarkən deyib.

33 yaşlı idmançı Offsideplus.az saytına açıqlamasında həmin döyüş barədə fikirlərini bölüşüb.

"Öz döyüşümdən razıyam. Qalib gəlmək üçün əlimdən gələni etdim. Sadəcə, hakim ədalətsizliyi ilə üzləşdim. Rəqibim yaxşı idmançıdır, iki dəfə kəmərini qorumağı bacarıb. Ancaq həmin gün mən ondan güclü idim. Təəssüf ki, hakimlər qələbəni mənə vermədilər. Zaldakı azarkeşlərin də çoxu deyirdi ki, bu qarşılaşmanın qalibi Vüqar olmalıdır. Hətta sonradan mənə yaxınlaşıb gözəl döyüş üçün təşəkkür edənlər də oldu”, - Kərəmov bildirib.

O, növbəti döyüşünün təxmini tarixini də açıqlayıb: “Hazırda heç bir zədəm, yaxud da ağrım yoxdur. Növbəti döyüşümün isə aprel–may aylarında olacağı gözlənilir”.

Qeyd edək ki, Kərəmov 66 kq çəki dərəcəsində braziliyalı Kleber Koyke ilə qarşılaşıb. Üç raund davam edən döyüşdə Koyke hakimlərin qərarı ilə qalib elan edilib.

İdman.Biz