İslam Mahaçev Ağ Evdə döyüşmək istədiyini bəyan edib

Xəbərlər
26 Noyabr 2025 08:04
16
İslam Mahaçev Ağ Evdə döyüşmək istədiyini bəyan edib

34 yaşlı rusiyalı UFC yarımorta çəki çempionu İslam Mahaçev Ağ Evdəki UFC tədbirində döyüşmək istəyini bildirib.

İdman.Biz bildirir ki, tədbir 2026-cı il iyunun 14-də olacaq.

“Növbəti döyüşüm - Ağ Evdə böyük bir tədbir olacaq. Bəlkə də ilk və sonuncu dəfə. Niyə adımı həmin turnirə yazdırmayım?”, - Mahaçev mətbuat konfransında deyib.

Mahaçev hazırda UFC-də 16 qələbə seriyasına malikdir. Ümumilikdə, onun 28 qələbəsi və bir məğlubiyyəti var. Rus idmançı peşəkar qarışıq döyüş sənətlərində debütünü 2010-cu ildə edib. O, həmçinin liqa tarixində 11-ci ikiqat UFC çempionu olub.

İdman.Biz

Məqalədə: