38 yaşlı keçmiş UFC ikiqat ağır və yarımağır çəki çempionu, amerikalı Con Cons hazırkı UFC 93 kq çəki titulunun sahibi, braziliyalı Aleks Pereyra ilə mümkün döyüş barədə danışıb.
İdman.Biz bildirir ki, Cons 2008-ci ildən 2024-cü ilə qədər peşəkar yarışlarda iştirak edib.
“Bu, mənim gücüm xaricindədir. Formamı yığıram və təlim-məşq toplanışına tamamilə hazıram. Düşünürəm ki, zaman göstərəcək. İstənilən halda, həyat gözəldir”, - Cons deyib.
Consun rekordu 28 qələbə, bir məğlubiyyətdir. O, bir çox analitik və döyüşçü tərəfindən qarışıq döyüş sənətləri tarixinin ən böyük döyüşçüsü hesab olunur.
